“Monako”da yeni müqavilə

Fransa “Monako”su müdafiəçisi Gilyermo Maripanla müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Çilili mərkəz müdafiəçisi ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 28 yaşlı futbolçunun əvvəlki sözləşməsi 2024-cü ilin yayına qədər idi.

Maripan 2019-cu ildən formasını geyindiyi “Monako”da 100 rəsmi matça çıxıb, 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi əvvəllər “Alaves” və “Universidad Katolika” klublarının da formasını geyinib. O, Çili millisində 38 matça çıxıb və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button