“Monako”da iki ayrılıq

“Monako” iki futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, knyazlıq klubu müdafiəçisi Strahinya Pavloviç və hücumçusu Pyetro Pelleqri ilə vidalaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Pavloviç Avstriya çempionu “Zalsburq”a transfer olunub. 21 yaşlı serbiyalı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Serbiya yığmasının da üzvü olan Strahinya, 2020-ci ildən “Monako”da çıxış edirdi. “Monako”da cəmi 12 oyun keçirmiş futbolçu, Serbiya yığmasında da 20 matça çıxıb.

Pyetro Pelleqri isə İtaliyanın “Torino” klubuna keçib. 21 yaşlı italiyalı futbolçunun bu klubla müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb. O, “Monako”ya 2018-ci ildə transfer edilmişdi. Pelleqri “Monako”da da 23 oyuna çıxıb, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button