
“Monako” rəsmisi Poqbanın göndəriləcəyini istisna etmədi
“Monako”nun baş icraçı direktoru Tiaqo Skuro, yarımmüdafiəçi Pol Poqbanın yayda komandadan ayrıla biləcəyini istisna etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubun Poqbaya böyük hörmətlə yanaşdığını, ancaq ötən mövsüm gözləntilərin özünü doğrultmadığını bildirib:
“Bu, çox çətin məsələdir. İlk növbədə, biz ona insan kimi böyük hörmət bəsləyirik. Bura gələndə çox müsbət əhval-ruhiyyədə idi və gənc futbolçulara kömək edirdi. Amma etiraf etməliyik ki, ötən mövsüm onunla bağlı layihə istədiyimiz kimi alınmadı. Başlanğıcda gözləntilərimiz tamamilə fərqli idi. İndi ona qarşı ədalətli olmalıyıq. Hər həftə hazırlığını izləyəcəyik, fiziki və texniki baxımdan inkişafını qiymətləndirəcəyik. Bundan sonra baş məşqçi Filipe Luis onun oynayıb-oynamayacağına qərar verəcək. Yay boyunca Polun hansı səviyyədə olacağını görəcəyik.
Əlbəttə, onun ayrılması mümkündür. Poqba ilə münasibətlərimiz həmişə açıq və şəffaf olub. Nə vaxtsa futbolçunun və klubun məqsədləri üst-üstə düşməsə, çıxış yolu tapmaq lazım gələcək. Buna oyunun özü cavab verəcək. Ola bilər ki, getsin, ola da bilər ki, qalsın”.
34 yaşlı fransalı futbolçunun “Monako” ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, ötən mövsüm Liqa 1-də 6 oyunda meydana çıxıb.
Bizi Facebook-da izləyin



