“Modriç “Milan” azarkeşidir” – Klub rəsmisi

“Milan”ın idman direktoru İqli Tare bildirib ki, Luka Modriç “qırmızı-qaralar”ın böyük azarkeşidir və klubda çıxış etməyə can atır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi Modriçin “Milan”ın azarkeşi olduğunu bildirib:

“Komandaya dayaq nöqtəsi lazımdır. Belə bir insanın gəlişi qeyri-real görünə bilər, amma bu, əslində belə deyil.

Luka mənə ilk olaraq “çempionatı qazana biləcəyikmi” sualını verdi. O, “Milan”ın azarkeşidir. Oynamaq, əsas qəhrəman olmaq istəyir. Bizə məhz belə bir mentalitet lazımdır”.

Daha əvvəl yayılan məlumatlara görə, 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi Klublararası dünya çempionatından sonra “Real”la yollarını ayıraraq, “Milan”la müqavilə imzalayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button