Minifutbol: Finalda qarşılaşacaq komandalar məlum oldu

Minifutbol üzrə Azərbaycan çempionatının finalında qarşılaşacaq komandalar məlum olub. 

Komanda.az xəbər verir ki, həlledici matçda “Zirə” və “Birbaşa Bakı” qarşılaşacaq.

“Zirə” yarımfinalda “Sumqayıt”ı cavab görüşündə də 5:2 (ilk oyun 3:1) məğlub edərək, finala vəsiqə qazanıb. 

“Birbaşa Bakı” isə “Aznur”la cavab matçında 1:1 hesablı heç-heçə edib. Ölkə çempionu ilk oyundakı 2:1 hesablı qələbə sayəsində həlledici görüşdə oynamaq hüququ qazanıb. 

Final oyunu aprelin 3-də, Bakı Tennis Akademiyasının stadionunda baş tutacaq.

Üçüncü yer uğrunda görüşdə isə “Sumqayıt” və “Aznur” komandaları qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button