“Mingəçevir”in 2 futbolçusunun cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci liqanın son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

1-ci liqanın 2-ci turunun MOİK – “İmişli” görüşündə MOİK klubunun futbolçusu Həsrət Mürsəlov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, MOİK klubu 50 manat cərimə edilib.

“Şamaxı” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“Difai Ağsu” – “Zaqatala” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun futbolçusu Elmin Bayramov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Mingəçevir” klubu 80 manat cərimə edilib.

“Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun futbolçusu Əsgər Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Mingəçevir” klubu 80 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button