“Hiss edirəm ki, hələ də meydanda fərq yarada bilərəm” – 40 yaşlı futbolçu

“Brayton”un yarımmüdafiəçisi Ceyms Milner 40 yaşında futbolçu karyerasını davam etdirməsi üçün motivasiyası haqda danışıb. O, son turda Premyer Liqada keçirdiyi matçla 654 oyunluq yeni bir rekord qırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu hələ də komandasına kömək edə biləcəyinə inandığını bildirib:

“Hiss edirəm ki, hələ də meydanda fərq yarada bilərəm. Ümid edirəm ki, son bir neçə oyun hələ də komandaya kömək edə biləcəyimi sübut etdi”.

Milnerin İngiltərə klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button