“Liverpul”un futbolçusu Bekhemi arxada qoydu

“Liverpul” Premyer Liqanın 25-ci turunda səfərdə “Vest Hem”lə qollu bərabərə qalıb – 1:1.

Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, bu qarşılaşma “Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner üçün əlamətdar olub. Belə ki, “Liverpul”un qolunun məhsuldar ötürməsini verən Milner, Premyer Liqa tarixində ən çox məshuldar ötürmə edən 7-ci futbolçu olub. İngilis futbolçunun aktivində 81 ötürmə var.

33 yaşlı futbolçu bu göstəricidə sabiq “Mançester Yunayted”li Devid Bekhemi keçib. Bekhem 2003-2007-ci illər aralığında “Mançester Yunayted” formasıyla Premyer Liqada 80 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button