Millinin oyununa biletlərin qiyməti açıqlandı

AÇ-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Avstriya oyununun biletləri oktyabrın 6-dan etibarən satışa çıxarılacaq.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Biletlərin satış qiymətləri 5-15 manat aralığında dəyişir. VİP kateqoriyalı biletlər isə 30-200 manat aralığındadır.

Satış ünvanları isə belədir:

Gənclik Mall
28 Mall
Heydər Əliyev Sarayı-nın kassası
Köşk No1
Köşk No2
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya görüşü saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button