Millidə qol vuran ən gənc futbolçu

“Barselona”nın futbolçusu Qavi İspaniya millisinin tarixinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının Çexiya – İspaniya qarşılaşmasında qol vuran Qavi, bununla da, millidə qol vuran ən gənc oyunçu adını qazanıb. O, 17 yaş 304-cü günündə bu uğura imza atıb.

Çexiya – İspaniya matçı 2:2 hesabıyla başa çatıb.