Milli üzvlərindən koronavirusla mübarizəyə maddi dəstək

Futbol üzrə İngiltərə yığmasının üzvləri koronavirusla mübarizəyə dəstək olublar.

Komanda.az xəbər verir ki, millidə çıxış edən futbolçular aldıqları mükafatların bir hissəsini pandemiyaya qarşı mübarizə üçün bağışlayacaqlarını bəyan ediblər.

Bu barədə İngiltərə yığmasının sosial şəbəkə hesabında məlumat yayılıb. Açıqlamada bu kampaniyaya dəstək nümayiş etdirən İngiltərə Futbol Federasiyasına da xüsusi təşəkkür bildirilib.

Xatırladaq ki, daha öncə İngiltərənin qadınlardan ibarət yığmasının üzvləri də koronavirusla mübarizəyə oxşar formada dəstək olacaqlarını açıqlamışdılar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button