Milli komandanın üzvləri ilə polis arasında dava olub

Perunun futbol komandasının üzvləri Madrid mehmanxanasına çatan zaman polis əməkdaşları ilə dava edib.

Perulular Mərakeş yığması ilə yoldaşlıq görüşü keçirmək üçün İspaniyaya uçub.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, futbolçular avtobusdan düşən zaman azarkeşləri salamlamaq istəyiblər və izdihama qarışıblar. Vəziyyəti qaydaya salmaq istəyən polis onların futbolçu olduğunu bilməyib. İspaniya polisi oyunçulardan birini itələyib. Bundan sonra futbolçu cavab olaraq asayiş keşikçisinə qarşılıq verib, onu itələyib. Daha sonra futbolçularla polislər arasında dava düşüb.

Mərakeşlə Peru arasında yoldaşlıq oyunu martın 28-də, “Civitas Metropolitano” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button