Milli komandanın oynadığı stadiona Pelenin adı veriləcək

Kabo Verde FİFA prezidenti Canni İnfantinonun hər ölkədə bir stadionu yaxınlarda vəfat edən braziliyalı keçmiş futbolçu Pelenin şərəfinə adlandırmaq təklifini dəstəkləyib.

Komanda.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Xose Ulisses Korreya Silva sosial şəbəkədə məlumat verib:

“Peleyə təşəkkür edərək, dünyanın bir çox ölkəsi tərəfindən dəstəklənəcəyinə inandığım təşəbbüsün bir hissəsi olaraq, milli stadionumuzu “Pele Stadion” adlandırmaq niyyətimi bildirirəm. İdmanın dünyanı birləşdirəcək gücə malik olduğunu göstərən Pelenin gedişi ilə ona hörmət etmək istəyirik.

Kabo Verde və Braziliyanın əl-ələ verən tarixi və mədəniyyəti var. Bunlar dil və çox oxşar dəyərlərlə bağlı iki qardaş ölkədir. Pele Braziliyada, portuqal dilində danışan ölkələrimizdə və dünyanın qalan hissəsində bir neçə nəsilləri birləşdirən kumir olub və həmişə də olacaq”.

Pelenin adını daşıyacaq “Milli Stadion” 15 min tamaşaçı tutumuna malikdir və burada Kabo-Verde millisi çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button