Milli komandada baş məşqçi istefası

Futbol üzrə Çili millisinin baş məşqçisi Eduardo Berisso istefa verib.

Komanda.az xəbər verir ki, o, bu barədə DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Paraqvay ilə heç-heçə (0:0) etdikləri oyundan sonra mətbuat konfransında bildirib.

Doğma meydanda rəqibinin müqavimətini qıra bilməyən Çili yığması 5 oyundan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Argentinalı mütəxəssis 2022-ci ilin may ayının sonundan Çili millisinə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunun 4-də qalib gəlib, 5-də heç-heçə edib, 7-də isə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button