“Milan” Premyer Liqa klubunun hücumçusunu istəyir

Qış fasiləsində heyətini hücumçu ilə gücləndirmək istəyən “Milan”ın yeni hədəfi müəyyənləşib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” İngiltərənin “Kristal Pelas” klubunun futbolçusu Vilfrid Zahanı transfer etmək niyyətindədir. “Milan” gələn ilin yanvarında futbolçuyla danışıq apararaq, onun keçidini həll etmək istəyir.

Zaha cari mövsümdə keçirdiyi 14 Premyer Liqa oyununda 8 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Kristal Pelas”la müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button