“Milan”ı mənə geri verin!” – Berluskoni

“Milan”ın sabiq rəhbəri Silvio Berluskoni “qırmızı-qaralar”ın yenidən güclənə biləcəyini deyib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Berluskoni, bunları deyib:

“Bugünkü “Milan”ı keçmişdəki möhtəşəm “Milan”a çevirmək olduqca asandır. Ancaq reallaşması bir o qədər də çətindir. “Milan”ı mənə geri verin!

Mənim “Montsa”m indiki “Milan”ı 3:0 hesabıyla məğlub edər. Əlbəttə, bu bir zarafatdır.

Marko Campaolonu şəxsən tanımıram və nə üçün uğursuz olduğunu bilmirəm. Stefano Pioli ilə də yaxın əlaqələrim yoxdur. “Milan”ı gücləndirib-gücləndirməyəcəyini bilmirəm”.

1986-2017-ci illər aralığında “Milan”a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb. Berluskoni hazırda İtaliya C Seriyası təmsilçisi “Montsa”nın sahibidir.

Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button