Alleqri belçikalı futbolçudan nə istəyib?

“Milan”ın yarımmüdafiəçisi Aleksis Salemakers komandanın baş məşqçisi Massimiliano Alleqri ilə münasibətləri barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu, baş məşqçinin bəzən ondan oyunda daha az emosional olmağı tələb etdiyini bildirib:

“Hər bir futbolçu daim oynamaq istəyir. Mən futbola bağlı yaşayıram. Oyun zamanı bəzən emosiyalarımı göstərirəm. Baş məşqçi mənə dedi ki, bunun üzərində işləməliyəm. Mən də onun nə istədiyini anlayıram”.

“Milan” hazırda A Seriyasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda səfərdə “Komо” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button