“Milan”ın 3 futbolçusu koronavirusa qalib gəldi

“Milan”ın 3 fubolçusu koronavirusdan sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Canluici Donnaruma, Jens Peter Hauqe və Matteo Qaabianın son koronavirus testinin nəticəsi mənfi olub.

Futbolçular tibbi müayinədən keçdikdən sonra məşqlərə qoşulacaqlar.