“İnter”dən Milan derbisində əzmkar qələbə

İtaliya A Seriyasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında son iki oyunundan məğlub ayrılan “Roma” bu dəfə “Bolonya”nı qəbul edib. Paytaxt təmsilçisi bu görüşdən də məğlubiyyətlə ayrılıb.

Lider “Yuventus” bu turda “Verona” səfərinə yollanıb. Turin təmsilçisi hesabı açdığı bu oyundan məğlub ayrılıb. “Fiorentina” evdə “Atalanta”yaa, “Torino” isə “Sampdoriya”ya məğlub olub.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. SPAL “Sassuolo”ya uduzub. “Breşiya” – “Udineze” matçında qalib müəyyənləşməyibsə, “Cenoa” “Kalyari”ni məğlub yola salıb.

“Napoli” “Leççe” ilə ev oyunundan məğlub ayrılıb. “Latsio” isə “Parma”nı səfərdə minimal hesabla üstələyib.

Turun mərkəzi görüşü Milanda keçirilib. Şəhərin “İnter” və “Milan” komandaları münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı matçda qonaq kollektiv 2:0 öndə olmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib.

İtaliya A Seriyası, 23-cü tur

7 fevral

Roma – Bolonya 2:3
Qol
: Densvil, 22-öz qapısına. Mxitaryan, 72 – Orsolini, 16. Berrou, 26; 51.

8 fevral

Fiorentina – Atalanta 1:2
Qol
: Kyeza, 32 – Sapata, 49. Malinovski, 72.

Torino – Sampdoriya 1:3
Qol
: Verdi, 55 – Ramires, 70; 75. Kvalyarella, 79-pen.

Verona – Yuventus 2:1
Qol
: Borini, 76. Patsini, 85 – Ronaldo, 65.

9 fevral

SPAL – Sassuolo 1:2
Qol
: Bonifazi, 23 – Kaputo, 65-pen. Boqa, 90.

Breşiya – Udineze 1:1
Qol
: Bisoli, 81 – De Paul, 90+3.

Cenoa – Kalyari 1:0
Qol
: Pandev, 43.

Napoli – Leççe 2:3
Qol
: Milik, 48. Kallexon, 90 – Lapadula, 29; 61. Mankosu, 82.

Parma – Latsio 0:1
Qol
: Kaysedo, 41.

İnter – Milan 4:2
Qol
: Brozoviç, 51. Vesino, 54. De Vrey, 70. Lukaku, 90+3 – Rebiç, 40. İbrahimoviç, 45+1.

Bombardir: Çiro İmmobile (Latsio) – 25 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button