“Qarabağ”ın rəqibinin müdafiəçisi “Milan”a keçə bilər
“Liverpul”un müdafiəçisi Co Qomes karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “Milan” rəhbərliyi ingiltərəli futbolçunu komandada görmək istəyir.
“Qırmızı-qaralar” artıq müəyyən müddətdir Qomeslə danışıqlar aparır və “Liverpul”a rəsmi təklif göndərməyə hazırlaşır.
28 yaşlı müdafiəçi 2015-ci ilin yayından etibarən “Liverpul”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.
O, cari mövsümdə İngiltərə Premyer Liqasında 10 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə verib. Onun komandası yanvarın 28-də, UEFA Çempionlar Liqasının 8-ci turunda “Qarabağ”ı qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



