“Milan”ın Diasla bağlı qərarı

“Milan” rəhbərliyi transfer hüquqları “Real”a məxsus olan yarımmüdafiəçi Brahim Diasın gələcək taleyi ilə bağlı qərar verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” futbolçunu heyətdə saxlamaq istədikləri üçün “kral klubu” ilə danışıqlara başlayıb. “Milan” bunun üçün qarşı tərəfə 16 milyon avro ödəməyə hazırdır.

Dias cari mövsümdə İtaliya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Milan klubu oyunçunu 2021-ci ilin yayında icarəyə götürüb. Sözləşmə 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button