
“Milan” almaniyalı futbolçu üçün hərəkətə keçib
“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Milan” almaniyalı futbolçunun transferi ilə ciddi şəkildə maraqlanır və onu azad agent kimi heyətinə qatmaq istəyir.
“Qırmızı-qaralar” Qoretskaya müddəti 3 il olan müqavilə və hər mövsüm azı 5 milyon avro maaş təklif etməyə hazırdır.
31 yaşlı yarımmüdafiəçi “Bayern”ə 2018-ci ildə “Şalke”dən transfer olunub. Onun klubla müqaviləsinin müddəti bu ilin 30 iyununa qədərdir.
O, cari mövsümdə Münhen təmsilçisinin heyətində 39 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



