“Meydanda ən yaxşı olan komanda məğlub oldu” – Mourinyo

İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin təkrar oyunları çərçivəsində “Sauthempton”a 3:2 hesabı ilə qalib gələn (ilk oyun 1:1) “Tottenhem”in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, çətin oyunda qalibiyyətə layiq olduqlarını bildirib:

“Hər iki komanda öz potensialından maksimum istifadə etdi. Rəqib ən yaxşı futbolçuları ilə oynayırdı və fiziki cəhətdən bizdən daha güclü idilər. Futbolçulardan məmnunam, hər kəs əlindən gələni edir. Yaxşı iş gördüyümü düşünürəm, çünki çətin vəziyyətdə olan komandaya rəhbərlik etməli oldum. Rəqib möhtəşəm idi. Düşünürəm ki, meydanda ən yaxşı olan komanda məğlub oldu, amma biz qalib gəlməyə layiq idik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button