“Messinin 2010-cu ildə “qızıl top”u qazanması bir az ədalətsizlikdir”

“İnter”in və Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder Lionel Messinin 2010-cu ildə “qızıl top”u layiqincə qazanmadığını deyib.

Komanda.az AS-a istinadən xəbər verir ki, Sneyder həmin ildə Messinin “qızıl top”u qazanmasının ədalətsizlik olduğunu bildirib:

“2010-cu ildə “qızıl top”a layiq görülməməyim və Messinin onu qazanması bir az ədalətsizlikdir. Baxmayaraq ki, mən buna ağlayanlardan deyiləm. “Qızıl top” fərdi mükafatdır, amma mən komanda ilə kuboklar qazanmağa üstünlük verirəm”.

Sneyder 2010-cu ildə “qızıl top” mükafatı üçün səsvermədə ikinci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button