Messi “The Best” mükafatını qazandı

Bu gün FİFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi bəlli olub.

Komanda.az xəbər verir ki, Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi ötən ilin nəticələrinə görə “The Best” mükafatına sahib çıxıb.

“Mançester Siti”nin qapıçısı Ederson 2023-cü ilin ən yaxşı qapıçısı seçilib.

“Mançester Sitinin baş məşqçisi Xosep Qvardiola isə 2023-cü ilin ən yaxşı baş məşqçisi seçilib.

Nominasiyalar üzrə namizədlər aşağıdakılardır:

Ən yaxşı kişi futbolçu

Lionel Messi (“İnter Mayami” / Argentina)

Ən yaxşı qadın futbolçu

Aytana Bonmati (“Barselona”, İspaniya)

Ən yaxşı kişi baş məşqçi

Xosep Qvardiola (“Mançester Siti” / İspaniya)

Ən yaxşı qadın baş məşqçi

Sarina Viqman (İngiltərə millisi / İngiltərə)

Ən yaxşı kişi qapıçı

Ederson (“Mançester Siti” / Braziliya)

Ən yaxşı qadın qapıçı

Meri Erps (“Mançester Yunayted” / İngiltərə)

Fair Play mükafatı

Braziliya milli komandası

“Puşkaş mükafatı”

Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol

“Ən yaxşı azarkeş” mükafatı

Huqo Daniel

“İlin simvolik komandası”

Qapıçı: Tibo Kurtua

Müdafiəçilər: Kayl Uoker, Con Stounz, Ruben Diaş

Yarımmüdafiəçilər: Bernardo Silva, Kevin De Bruyne, Jud Bellinqem

Hücumçular: Lionel Messi, Erlinq Haaland, Kilian Mbappe, Vinisius.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button