Messi mükafatlandırmaya qatılmayıb – Barselonadakı konsertə gedib

PSJ-nin hücumçusu Lionel Messi Fransa çempionatında mövsümün ən yaxşı oyunçularının mükafatlandırılması mərasimi əvəzinə Barselonada “Coldplay” konsertinə qatılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı hücumçunu “Barselona”nın keçmiş futbolçusu Sesk Fabreqas müşayiət edib. Konsert zamanı Barselonadakı “Companys Olimpiya Stadionu”ndakı tamaşaçılar Messinin adını səsləndiriblər.

Daha əvvəl PSJ-nin digər hücumçusu Neymar “Strasburq”la çempionat matçını (1:1) buraxmışdı. Braziliyalı futbolçu Monte Karloda keçirilən poker turnirinə yollanıb.

Aprelin 30-da, Liqa 1-in 33-cü turunda “Loryan”a uduzduqdan (1:3) sonra Messi klubun icazəsi olmadan Səudiyyə Ərəbistanına getmişdi və buna görə PSJ 35 yaşlı futbolçunu iki həftəlik məşqlərdən kənarlaşdırmışdı. Messi Parisə qayıdandan sonra üzr istəmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button