“Bilirdim ki, Allah dünya çempionu olmağımı istəyir” – Messi

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə dünya çempionu olmasından danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, bu uğuru qazanacağına əvvəldən əmin olduğunu deyib:

“Mən bunu illər əvvəl demişdim: dünya çempionu olacağıma əmin idim. Bu, 2014-cü il dünya çempionatının finalındakı məğlubiyyətdən əvvəl də belə idi. Və sonra belə oldu. Bilirdim ki, Allah dünya çempionu olmağımı istəyir. Mən həmişə buna inanmışam.

Yolboyu çoxlu böyük maneələr var idi, mənim üçün həqiqətən çətin idi, amma axırda belə oldu. Dünya çempionatı boyunca Dieqo Maradona həmişə yanımızda idi. Argentina millisində oynayanda həmişə belə olur. Biz hər yerdə argentinalıları gördük, özümüzü evdəki kimi hiss etdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button