Messi ilə bağlı yeni xəbər

PSJ-nin baş məşqçisi Kristof Qalte Lionel Messinin Liqa 1-in növbəti matçında start heyətində yer alacağını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, bu barədə argentinalı futbolçu ilə danışdığını bildirib:

“Leo meydana çıxanda ona bir az uyğunlaşmalısan. Onun əhvalının necə olduğunu öyrənmək üçün çərşənbə axşamı onunla danışdım. Messinin motivasiya və qətiyyətlə dolu olduğunu başa düşdüm. O, sabah start heyətində meydana çıxacaq”.

PSJ mayın 13-də, Liqa 1-in 35-ci turunun matçında “Ayaçço” ilə qarşılaşacaq.

Bir müddət əvvəl Messi Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün PSJ-nin məşqlərindən və oyunlarından iki həftəlik uzaqlaşdırılsa da, daha sonra üzr istəyib və beş gün sonra cəzası ləğv edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button