Messi gəldi, bütün biletlər satıldı

Lionel Messinin çıxış etdiyi MLS-in “İnter Mayami” klubu 2024-cü ilin müntəzəm mövsümü üçün bütün mövsümlük biletlərini satıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsümün əvvəli ilə müqayisədə abonement və biletlərin qiyməti iki dəfə artıb. ABŞ klubu argentinalı futbolçu ilə müqavilə bağladıqdan qısa müddət sonra qiymətləri qaldırıb.

2024-cü il üçün MLS-in müntəzəm mövsümünün oyun cədvəli hələ məlum deyil. Bununla belə, tək matç biletləri də əldə edilə bilər.

Komandanın ev oyunlarını keçirdiyi “Drive Pink” stadionu 18 min tamaşaçı tutumuna malikdir.

Messi 2023-cü ilin yayında 2 illik müqavilə imzalayaraq, “İnter Mayami”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button