“Messi bizə köçmək qərarına gəlsə, yalnız xoşbəxt olacağıq”

Səudiyyə Ərəbistanı çempionatının texniki direktoru Maykl Emenalo hücumçu Lionel Messinin turnirin komandalarından birinə mümkün transferindən danışıb.

Komanda.az “Guardian”-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun hər bir qərarına hörmətlə yanaşdıqlarını bildirib:

“Messi gələcəkdə bizə köçmək qərarına gəlsə, biz yalnız xoşbəxt olacağıq. Messi MLS-də oynamağa davam etmək istəsə, onun seçimini qəbul edəcəyik. Bizim liqamız istənilən futbol ulduzuna açıqdır”.

36 yaşlı hücumçu bu yay azad agent kimi “İnter Mayami”yə keçib. Bundan əvvəl o, PSJ və “Barselona”da çıxış edib. Futbolçu Amerika klubu ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button