Messi ABŞ prezideniti ilə görüşə bilər

ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları və məşqçilər heyəti yaxın günlərdə Ağ Evi ziyarət edəcək.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Komanda ilə ABŞ-nin prezidenti Donald Tramp arasında görüş martın 5-də Vaşinqtonda baş tutacaq. Florida təmsilçisinin heyətində argentinalı hücumçu Lionel Messi çıxış edir. Onun Ağ Evdə keçiriləcək görüşdə iştirak edib-etməyəcəyi dəqiqləşdirilməyib. “İnter Mayami” ötən mövsüm MLS-in qalibi olub.

38 yaşlı futbolçu 2023-cü ilin yayından ABŞ-də çıxış edir və onun klubla müqaviləsinin müddəti 2028-ci ilin dekabrının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button