Messinin komandası qələbə qazandı

MLS matçında “Los-Anceles” “İnter Mayami”ni qəbul edib.

Komanda.az xəbər verir ki, görüş 3:1 “İnter Mayami”nin qələbəsi ilə başa çatıb. Qonaqlardan Fakundo Farias, Jordi Alba və Leonardo Kampana fərqlənib, Lionel Messi iki məhsuldar ötürmə edib. Meydan sahiblərinin yeganə qolunu Rayan Hollinqjed vurub.

Bu matçdan sonra “İnter Mayami” 25 xalla Şərq konfransında 14-cü, “Los Anceles” 40 xalla Qərb konfransında üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button