Menyanla yeni müqavilə imzalanacaq

“Milan”ın qapıçısı Mayk Mеnyan yaxın günlərdə klubu ilə müqaviləsinin müddətini uzadacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı qolkiper artıq yeni müqaviləyə yaxınlaşır.

Yeni sözləşməyə əsasən, Mеnyan illik təxminən 7 milyon avro (bonuslar daxil olmaqla) qazanacaq. Müqavilənin müddəti 2030 və ya 2031-ci ilə qədər nəzərdə tutulub. Klub rəhbərliyi razılaşmanı yaxın günlərdə rəsmi şəkildə açıqlamağa ümid edir.

Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 18 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button