Mbappe: “Nə etdiyimi yaxşı anlayıram”

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/16 finalında İsveç yığması üzərində qazanılan 3:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçda dubl edən və Fransa yığmasının növbəti mərhələyə yüksəlməsində mühüm rol oynayan “Real”ın futbolçusu komandasının turnirə yaxşı hazırlaşdığını və hələ inkişaf üçün ehtiyatlarının olduğunu bildirib:

“Nə etdiyimi və harada oynadığımı yaxşı anlayıram. Milli komandada hazırlıq prosesi klubdakından fərqlidir. Biz turnirə ilk dəqiqələrdən hazır olmalı idik. Komandada ünsiyyət çox yaxşı səviyyədədir. Hücumçularla digər oyunçular arasında koordinasiyanı daha da yaxşılaşdırmaq və oyunumuzu inkişaf etdirmək üçün birlikdə çalışırıq. Paraqvay millisi ilə oyuna qədər üzərimizdə işləməyə davam edəcəyik. Hələ inkişaf üçün ehtiyatımız var”.

Fransa millisi 1/8 finalda Paraqvayla üz-üzə gələcək. Qarşılaşma iyulun 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button