“Mbappe heç vaxt bir klubdan artıq ola bilməz” – İbrahimoviç

“Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç PSJ-nin futbolçusu Kilian Mbappenin davranışına və “Real”a keçmək əvəzinə Paris klubunda qalmaq qərarına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mbappenin fantastik oyunçu olduğunu deyib:

“Mən Mbappeni şəxsən tanımıram, amma bir oyunçu kimi o, fantastikdir. Lakin intizamı itirəndə fərdiliyini itirirsən. Zidanın Zidan olmasının bir səbəbi var. Mbappe kifayətlənmək yox, irəliləmək istəməlidir.

O, özü üçün deyil, PSJ üçün düzgün qərar verdi. Mbappe elə bir vəziyyət yaradıb ki, klubdan daha önəmlidir. Klub isə bunun üçün ona hər cür imkan yaratmışdı. Amma Mbappe heç vaxt bir klubdan artıq ola bilməz”.

Mbappe cari mövsüm başlamazdan əvvəl “Real”a keçə bilərdi, amma futbolçu PSJ-də qalmağa qərar verib. Bir müddət əvvəl fransalı forvardın hazırkı mövqeyindən və Paris klubunun rəhbərliyindən narazı olduğu və qışda komandanı tərk edə biləcəyi barədə məlumatlar yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button