Martin O Nil İngiltərə klubunda

İngiltərənin “Nottingem Forest” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisinin “sükan”ı Martin O Nilə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 66 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Martin O Nil son olaraq İrlandiya millisini çalışdırıb. 

“Nottingem Forest”də bir neçə gün əvvəl baş məşqçi Aytor Karanka vəzifəsindən göndərilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button