Belhandanın yeni klubu məlum oldu

Mart ayında Türkiyənin “Qalatasaray” klubu ilə yollarını ayıran və hazırda azad agent olan Yunes Belhanda karyerasını Fransada davam etdirəcək.

Komanda.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi “Monpelye” klubu ilə razılaşıb. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Belhanda Liqa 1 təmsilçisi ilə üç illik müqavilə imzalayacaq.

2017-ci ilin yayından 2021-ci ilin martına qədər “Qalatasaray”da çıxış edən yarımmüdafiəçi “sarı-qırmızılar”la 131 oyunda 22 qol vurub, 26 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button