Marselo rəqib futbolçunun ayağını qırdı – FOTO

Braziliyalı futbolçu Marselo Libertadores kubokunda “Argentinos Xuniors”un oyunçusunu ciddi şəkildə zədələyib.

Komanda.az “Marca”- ya istinadən xəbər verir ki, hadisə Libertadores kubokunun 1/8 final mərhələsində Braziliyanın “Fluminense” və Argentinanın “Argentinos Xuniors” komandaları arasındakı oyunda (1:1) baş verib.

Hazırda Braziliya klubunda çıxış edən Marselo “Argentinos Xuniors”un müdafiəçisi Lusiano Sançeslə mübarizə zamanı onun ayağını tapdalayıb. Nəticədə, Sançesi dəhşətli zədəyə məruz qoyub.

Marselo Sançesə qarşı kobud oyuna görə qırmızı vərəqə alaraq, meydanı göz yaşları içində tərk edib.

Matçdan dərhal sonra “Real”ın və Braziliya millisinin sabiq müdafiəçisi sosial şəbəkədə baş verənlərə görə ictimaiyyət qarşısında üzr istəyib:

“Bu gün meydanda çox çətin an yaşamalı oldum, təsadüfən həmkarımı zədələdim. Ona tezliklə sağalmasını və dünyadakı bütün gücləri arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button