Marselo “Olimpiakos”dan ayrıldı

Braziliya millisinin sabiq futbolçusu Marselo Yunanıstanın “Olimpiakos” komandasından ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Marselo ötən ilin sentyabrında “Olimpiakos”la 1+1 illik müqavilə imzalamışdı. O, bu mövsüm 10 oyunda meydana çıxıb və 3 qol vurub. Ulduz futbolçu daha əvvəl ölkəsinin “Fluminense” və İspaniyanın “Real” klublarının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button