“Marsel” “sükan”ı ispaniyalı məşqçiyə tapşırır

Marselino Qarsiya Toral Fransanın “Marsel” komandasını çalışdıra bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında danışıqlar baş tutub. Bu həftə müqavilənin imzalanması gözlənilir.

Öncədən İtaliyanın “Frozinone” klubunun sabiq baş məşqçisi Fabio Qrossonun “Marsel”in “sükanı arxasına” keçəcəyi bildirilirdi.

Toralın sonuncu iş yeri İspaniya “Atletik”i olub (2021-2022). İspaniyalı mütəxəssis “Sevilya” (2011-2012), “Vilyarreal” (2013-2016), “Valensiya” (2017-2019) kimi klublarda da çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button