“Mançester Yunayted”in yeni kapitanı

“Mançester Yunayted”in yeni kapitanı məlum olub.

Komanda.az xəbər verir ki, bu, müdafiəçi Harri Maquayrdır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, “qırmızı şeytanlar”ın bundan sonra əsas kapitanının Maquayr olacağı bildirilib.

“Mançester Yunayted”in əvvəlki kapitanı Eşli Yanq idi. 34 yaşlı yarımmüdafiəçi yaxın zamanda “İnter” klubu ilə rəsmi müqavilə imzalayacaq.

“Mançester Yunayted” yeni kapitanla ilk oyununu yanvarın 19-da “Liverpul”a qarşı keçirəcək. Oyun saat 20:30-da start götürəcək.