“Mançester Yunayted”in sabiq futbolçusu vəfat etdi

“Mançester Yunayted”in sabiq futbolçusu Toni Dann vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. 78 yaşlı keçmiş müdafiəçinin ölüm səbəbi açıqlanmayıb.

Dann, 1960-1973-cü illər aralığında “Mançester Yunayted”də çıxış edib. O, “qırmızı şeytanlar”la 500-dən çox rəsmi oyunda iştirak edib.

İrlandiya milli komandasında da 33 oyuna çıxan Dann, “Şelburq”, “Bolton” və “Detroit Ekspress” klublarında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button