“Mançester Yunayted”in sabiq baş məşqçisi vəfat etdi

“Mançester Yunayted”in gənclərdən ibarət komandasının keçmiş baş məşqçisi Erik Harrison vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Harrison 1981-ci ildə “Mançester Yunayted”in gənclərdən ibarət komandasına baş məşqçi təyin olunub. O, 1992-ci ildə rəhbərlik etdiyi kollektivlə gənclər çempionatının qalibi olub.

Harrison Devid Bekhem, Nikki Batt, Rayan Giqqz və Qari Nevill kimi futbolçulara gənc yaşlarında müəllimlik edib.

Harrison 27 il “Mançester Yunayted”də çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button