“Mançester Yunayted” onun xidmətində maraqlıdır

“Bornmut”un yarımmüdafiəçisi Antuan Semenyo İngiltərənin aparıcı klublarının maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun transferində “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim ciddi şəkildə maraqlıdır.

Bundan əvvəl mətbuatda Semenyonu “Liverpul” və “Mançester Siti”nin də heyətində görmək istədiyi bildirilirdi. Onun “Bornmut”la müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonunda başa çatacaq.

25 yaşlı futbolçu Premyer Liqanın cari mövsümündə 12 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button