“Mançester Yunayted”dən Niderland klubuna

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Zidan İqbal Niderland “Utrext”inə keçib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, “qırmızı şeytanlar”ın yetirməsidir.

İraqlı oyunçu 2022/23 mövsümündə MY-nin gənclərdən ibarət komandasında 10 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button