Premyer Liqanın debütantı niderlandlı futbolçunu transfer etdi

“Mançester Yunayted”in keçmiş vingeri Tahit Çonq “Luton”la müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə 2023/24 mövsümündən etibarən Premyer Liqada mübarizə aparacaq “Luton”un rəsmi saytı məlumat yayıb.

23 yaşlı niderlandlı futbolçu ilə müqavilənin şərtləri barədə məlumat verilmir.

Çonq son mövsümü “Birmingem”də keçirib. O, bu kluba “Mançester Yunayted”dən keçmişdi. Onun hesabında 41 oyun, 4 qol və 5 məhsuldar ötürmə var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button