“Mançester Yunayted”də yeni müqavilə

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Antoni Marsyalla yeni müqavilə imzalayıb.


Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

23 yaşlı hücumçu ilə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Marsyal 2015-ci ildə “Monako”dan İngiltərə klubuna transfer olunub. O, indiyə kimi bu komandada 162 matça çıxıb, 46 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button