“Mançester Yunayted” keçmiş futbolçusunu qaytarır

“Mançester Yunayted”in sabiq futbolçusu Darren Fletçer yenidən “qırmızı şeytanlar”a qayıda bilər.

Komanda.az xəbər verir ki, hazırda “Stok Siti”də forma geyinən Fletçer, keçmiş klubunda skaut olaraq işləyəcək. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Fletçerin əsas vəzifəsi yeni gənc futbolçular axtarmaq və skautların işinə nəzarət etmək olacaq. Çempionşip təmsilçisiylə mövsümün sonunda müqaviləsi bitəcək 35 yaşlı futbolçunun yeni mövsümdən “Mançester Yunayted”də olacağı gözlənilir.

Fletçer 2001-2015-ci illər aralığında “Mançester Yunayted”də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button