
“Mançester Yunayted”dən mənə artıq yeni baş məşqçi axtardıqlarını dedilər”
“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill İngiltərə klubundakı baş məşqçi vəziyyəti barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Klubdan birbaşa onların vəzifəsi barədə soruşdum. Onlar mənə artıq yeni baş məşqçi axtardıqlarını dedilər. Düşünürəm ki, bu, düzgün qərardır. Qərar mövsümün sonunda veriləcək”.
Hazırda “sükan arxasında” olan Maykl Karrik “qırmızı şeytanlar”ı 2025/26 mövsümünün sonuna qədər çalışdıracaq. Onun rəhbərliyi altında komanda ardıcıl 4 Premyer Liqa oyununu qazanıb. “Mançester Yunayted” hazırda 44 xalla turnir cədvəlində 4-cü yerdədir. Komandanın növbəti oyunu səfərdə “Vest Hem”lə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



