“Mançester Yunayted” əla xarakter nümayiş etdirdi” – Skoulz

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Betis” üzərində qazanılan qələbəni (4:1) şərh edib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan keçmiş futbolçu, matçın ikinci hissəsinin fantastik təsir bağışladığını deyib:

“Mançester Yunayted” əla xarakter nümayiş etdirdi. Oyuna çox yaxşı başladılar, amma fasiləyə az qalmış bir qədər səhvlər oldu. İkinci hissə mənə fantastik göründü. Bruno Fernandes meydanın mərkəzində oyuna diktə edirdi”.

Cavab oyunu martın 16-da İspaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button